"Mediasales Azerbaijan" MMC Azərbaycanın dörd tanınmış, müxtəlif profilli telekanalında və iki ən reytinqli radiostansiyasında reklam yerləşdirmə fəaliyyəti göstərir.
1."ATV" – Uzun illərdir ki Azərbaycanın ən reytinqli telekanalıdır. Bu informativ-əyləncəli kanalda "ATV Xəbər", "ATV İdman", "Həftə sonu", "Made in Azerbaijan", "ATV Səhər", "Həkimsən" kimi maraqlı verilişlər və hər zövqə uyğun serialllar efirdə yayımlanır.
2."ARB TV" telekanalı – Bu kanalın efir siyasətinin əsasında sosial-informasiya proqramları, musiqili-əyləncəli verilişlər və canlı tok-şoular dayanır.
3."ARB Günəş" telekanalı – Azərbaycanda uşaqlar üçün nəzərdə tutulmuş ilk və hal-hazırda ən məşhur telekanaldır. Əlbəttə, bu telekanalın auditoriyası yalnız uşaqlar deyil, onların valideyinlərindən də ibarət olduğuna görə, bütün ailə sizin təqdim edəcəyiniz məhsulun potensial alıcısı ola bilər.
4."ARB 24" telekanalı – non-stop rejimində fəaliyyət göstərən xəbər telekanalıdır. Bu kanalda gündəmdə olan iqtisadi, siyasi, sosial xəbərlər ətraflı və zəngin formada təqdim edilir, xəbərlər əsnasında fikir-mübadiləsi aparılır.
5."106 FM" radiostansiyası – Ən son xarici hitlərin məkanı, müxtəlif janrlı musiqilərin istənilən zövqlər üçün yayımı, canlı bağlantılar, analitik proqramlar və mənəvi qidanın məskəni olan radiostansiya.
6."106.3 FM" radiostansiyası – Milli musiqinin ən fəal təbliğatçılarından biri, əyləncənin məkanı, "Avtostop", "Bumeranq" kimi bütün Azərbaycanda məşhur olan verilişlərin məskəni, "Çox yaşa", "106.3 FM muğam saatı" kimi reytinqli proqramların istehsalçısı.
Sadaladığımız bütün platformalarda reklam yerləşdirilməsi üzrə müstəsna hüquqlar yalnız "Mediasales Azerbaijan" MMC-yə məxsusdur.
Televiziya reklamı ən səmərəli və dəqiq reklam növüdür. Televizor artıq uzun illərdir ki, hər bir evin əvəzolunmaz atributuna çevrilib və hər hansı bir ailə ocağını onsuz təsvir etmək çox çətindir. Telereklam isə parlaq təsvir, xoş səs və dəfələrlə təkrar vasitəsi ilə məqsədli şəkildə auditoriyanın diqqətini cəlb edir.
Radionun da milyonlarla dinləyicisi var, xüsusən də sükan arxasında olan insanlar və onların sərnişinləri. Məhz buna görə radio informasiyanın dinləyiciyə çatdırılmasının ən effektiv üsuludur. İnternetin yayılması ilə əlaqədar olaraq radio bir qədər tənəzzülə uğrasa belə, hər hansı bir yol səyahəti zamanı onun populyarlığı qeyri-şərtsiz və şəriksizdir.
Belə bir geniş auditoriya radiodan sizin biznes və xidmətlərinizin inkişafı üçün səmərəli və effektiv istifadə etməyə imkan verir.
"Mediasales Azerbaijan" MMC tərəfindən təklif olunan telekanal və radiostansiyalarda reklam yerləşdirmənin üstünlükləri:
- bütün ölkə boyu geniş auditoriya;
- tamaşaçı və ya dinləyicinin mütləq və effektiv reaksiyası;
- qanunla icazə verilmiş istənilən məhsul və ya xidməti təqdim etmək imkanı;
- reklamı təqdim edən telekanal və radiostansiyaların nüfuzu, insanların onlara olan inamı - bu sizin də etibarınızı artırır;
"Mediasales Azerbaijan" MMC ilə əməkdaşlıq etməklə siz informasiya dəstəyi, keyfiyyətə zəmanət, peşəkar yanaşma və məhsulunuzun tanıtımına sərf edilmiş maliyyədən maksimal effekt əldə etmək imkanı.